Türkiyəli həkimlər ölkəmizdə ağır cərrahiyyə əməliyyatı keçirəcəklər
28 noyabr 2012 12:21 (UTC +04:00)

Türkiyəli həkimlər ölkəmizdə ağır cərrahiyyə əməliyyatı keçirəcəklər

"Türkiyədən Azərbaycana gələn 24 nəfərlik həkim briqadası burada yerli həkimlərlə birlikdə 30-a yaxın ağır cərrahiyyə əməliyyatı keçirəcək”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu ölkəmizdə səfərdə olan Türkiyə səhiyyə nazirinin müavini Nihat Tosun səhiyyə naziri Oqtay Şirəliyevlə görüşündə bildirib. Türkiyəli qonaq Azərbaycan həkimlərinin bilik səviyyəsindən də razılıq bildirib: “Digər ölkələrdən təkmilləşmək üçün Türkiyəyə gedən həkimlərlə müqayisədə Azərbaycandan gedən həkimlər işə daha çox can yandırırlar və onlar daha hazırlıqlı olurlar. Gələn ildən etibarən azərbaycanlı həkimlər üçün Türkiyədə təşkil olunan ixtisasartırma kurslarının müddətinin 3 aya qədər uzadılması nəzərdə tutulub”.


Qeyd edək ki, görüşdə gələn ildən etibarən Səhiyyə Nazirliyi tərəfindən dövlət hesabına Türkiyəyə təkmilləşmə kurslarına gedən tələbələrin sayının artırılmasını məsələsi də təklif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1481

Oxşar yazılar