Təhsil Nazirliyi “Təhsil TV” yaradır
27 noyabr 2012 17:30 (UTC +04:00)

Təhsil Nazirliyi “Təhsil TV” yaradır

APA-nın xəbərinə görə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin direktoru Samir Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, yaxın aylarda yeni layihənin təqdimatı gözlənilir.

Onun sözlərinə görə, hazırda mövzu üzrə çəkilişlərlə məşğul olacaq studiya ilə müqavilənin imzalanması gözlənilir: “Layihə ilk növbədə maarifləndirici televiziya layihələrinin yayımlanacağı internet portalının yaradılmasını nəzərdə tutur. Bu gün nazirlik layihə çərçivəsində portalda yerləşdiriləcək bir sıra veriliş və dərslərin çəkilişlərini sifariş edib. Layihənin həyata keçirilməsində məqsəd ölkədə reallaşdırılan maarifləndirici proqramlar, layihələr və ümumilikdə təhsil sahəsində baş verən hadisələr haqqında əhaliyə məlumat verməkdən ibarətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530

Oxşar yazılar