2 saylı Cəzaçəkmə Müəssisəsində təlim seminar keçirilib - FOTO
27 noyabr 2012 15:00 (UTC +04:00)

2 saylı Cəzaçəkmə Müəssisəsində təlim seminar keçirilib - FOTO

ATƏT-in maliyyə dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “Saxlama yerlərinin monitorinqi-2012” layihəsi çərçivəsində 2 saylı cəzaçəkmə müəssisəsində rəis heyəti üçün təlim-seminar keçirilib. Fonddan Lent.az-a verilən məlumata görə, təlimdə müəssisənin rəisi ədliyyə polkovnik-leytenantı Eyvaz Əsgərov başda olmaqla rəis müavinləri və digər şöbələrin rəisləri iştirak edib.

Eyni zamanda tədbirdə Əliməmməd Nuriyev və Sahib Məmmədov pis rəftar və işgəncələrlə bağlı çıxış edib.

Seminar zamanı məhkumlara qarşı pis rəftar əleyhinə qanunvericilik, beynəlxalq konvensiyalardan irəli gələn tövsiyələr, eyni zamanda müəssisənin personalı qarşısında duran öhdəliklər müzakirə olunub.

Seminarın sonunda müəssisənin kitabxana fonduna və personala pis rəftar əleyhinə 100 ədəd kitab verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1281

Oxşar yazılar