Təhsil Nazirliyi hökumətə yeni dövlət proqramı layihəsini təqdim edib
27 noyabr 2012 10:48 (UTC +04:00)

Təhsil Nazirliyi hökumətə yeni dövlət proqramı layihəsini təqdim edib

“Bu il üzrə “Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” başa çatır. Təhsil Nazirliyi növbəti illərdə təhsil sisteminin İKT ilə təminatına dair yeni dövlət proqramı layihəsini hazırlayaraq hökumətə təqdim edib”.
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Nazirin sözlərinə görə, yaxın zamanlarda növbəti 7 ili əhatə edəcək proqramın təsdiq olunması gözlənilir: “Növbəti 7 illik proqramda çoxlu yenilik nəzərdə tutulub. Proqram hökumət tərəfindən təsdiqləndikdən sonra ictimaiyyətə geniş məlumat veriləcək”.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 952

Oxşar yazılar