ADU-da QİÇS müzakirəsi
26 noyabr 2012 19:48 (UTC +04:00)

ADU-da QİÇS müzakirəsi

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Mülki Müdafiə və Bədən tərbiyə kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə 1 dekabr - QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.

ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova, Respublika Narkoloji Mərkəzinin narkoloqu Asif Kəngərli və Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun mama-ginekoloqu Səidə Məmmədli və universitetin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ələddin Əliyev deyib ki, bu kimi tədbirlər ADU rəhbərliyi tərəfindən dəstəklənir və tələbələrin sağlam həyat anlayışının doğru yöndə formalaşmasına zəmin yaradır. Dilşad Mahmudova geniş yayılmış müxtəlif mənşəli infeksion xəstəliklərdən biri olan QİÇS barədə söhbət açıb. O, statistik məlumatlardan misal gətirərək xəstəliklərə yoluxan insanların artmaqda olduğunu, bunun insan sağlamlığı əleyhinə olan zərərli vərdişlərdən istifadə nəticəsində yarandığını bildirib. Dilşad Mahmudova məqsədlərinin gəncləri bu cür pis vərdişlərdən uzaqlaşdırmaq olduğunu dilə gətirib, bu epidemiyanın yaranma səbəblərini, yoluxma şəraitlərini, ondan qorunmağın yollarını tələbələrin diqqətinə çatdırıb.

Asif Kəngərli çıxışında gənclərin narkomanlığa meyl göstərdiyini və bu kimi gənclərin sayının günü-gündən artmaqda olduğunu söyləyib. Səidə Məmmədli isə bu cür tədbirlərin keçirilməsinin gənclərin düzgün yönləndirilməsində mühüm addım olduğunu vurğulayıb. O, eyni zamanda yeni ailə quracaq olan gənclərimiz üçün ailə paketlərinin hazırlanmaqda olduğunu xatırladıb.

Sonda tələbələrin sualları cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 833

Oxşar yazılar