Hava küləkli və yağışlı olacaq
27 noyabr 2012 00:10 (UTC +04:00)

Hava küləkli və yağışlı olacaq

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 27-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 6-8, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 9-14, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 27-28-də Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1243

Oxşar yazılar