İki özəl ali məktəbin fəaliyyəti “kafi” qiymətləndirildi
22 noyabr 2012 11:07 (UTC +04:00)

İki özəl ali məktəbin fəaliyyəti “kafi” qiymətləndirildi

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, iclasda Milli Aviasiya Akademiyası, Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Qızlar Universitetinin akkreditasiyasının nəticələri müzakirə olunub.

Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinin əhəmiyyətindən danışıb və müvafiq məsələlərlə bağlı fikirlərini bildirib.

Milli Aviasiya Akademiyası üzrə Akkreditasiya Komissiyasının sədri Sübhan Namazov, Əmək və Sosial Münasibətlər Akademiyası üzrə Akkreditasiya Komissiyasının sədri İlham Aslanzadə, Bakı Qızlar Universiteti üzrə Akkreditasiya Komissiyasının sədri Aydın Mirzəməmmədov çıxış edərək, ali təhsil müəssisələri barədə fikirlərini səsələndiriblər. Daha sonra qeyd olunan təhsil müəssisələri üzrə akkreditasiyanın nəticələrinə dair şura üzvlərini maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib.

Akkreditasiya Şurasının iclasında mövcud meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq, Milli Aviasiya Akademiyasının fəaliyyəti “yaxşı”, Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Qızlar Universitetinin fəaliyyəti isə “kafi” qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2052

Oxşar yazılar