Rektor-deputat: “…artıq utanıram”
14 noyabr 2012 18:11 (UTC +04:00)

Rektor-deputat: “…artıq utanıram”

Lent.az-ın verdiyi məlumata görə, millət vəkili, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı çıxışında maliyyə naziri Samir Şərifovdan balaca Oğuz rayonunun böyük problemlərinə diqqət ayrılmasını rica edib. Aqiyə Naxçıvanlı deyib ki, o, artıq Oğuz rayonuna getməyə utanır: “Çünki hər dəfə büdcə müzakirəsində deyilməsinə baxmayaraq, bu rayonun problemləri yerində sayır. Oğuzda bir neçə məktəb qəzalı vəziyyətədir, yeni məktəblərin tikintisinə ehtiyac var. Bununla yanaşı, uşaq bağçaları, xəstəxanalar, tarix-memarlıq abidələri bərbad gündədir. Oğuzun bu qədər problemləri olan halda rəhbərlik etdiyim institutun problemlərindən danışmağı artıq hesab edirəm. Hörmətli maliyyə nazirindən xahiş edirəm ki, balaca Oğuzun böyük problemlərinə ciddi diqqət yetirsinlər”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1588

Oxşar yazılar