TQDK hüquq-mühafizə orqanlarına müraciət etdi
Son vaxtlar müəyyən qüvvələr tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) siniflər üzrə test kitablarının saxta nümunələrinin qeyri-qanuni yollarla çapı və onların Bakı şəhərində, həmçinin ölkənin digər şəhər və rayonlarında satışı təşkil olunur.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir. Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır.
Bir çox halda saxta çap məhsulları hazırlanarkən TQDK-nın buraxdığı son nəşrlərin üz qabığından istifadə edilsə də, onların içərisi köhnə nəşrlərin materiallarından ibarət olur. Bu isə istifadə edənləri çaşdırır, özləri istəmədən belə onların hazırlıq prosesində, təlimində səhvlərin meydana çıxmasına səbəb olur. Buna görə də TQDK, abituriyentləri və onların valideynlərini, həmçinin orta ümumtəhsil müəssisələrində çalışan müəllimləri həmin vəsaitləri alarkən diqqətli olmağa çağırır. Orijinal nəşrləri saxta nəşrlərdən fərqləndirmək mümkündür. Orijinal kitablarda TQDK-nın loqosu, fənnin adı və sinif yazıları qabarıq və ilişkənli formada çap olunduğundan onları əl toxunuşu ilə eyni cür çap olunmamış saxta nümunələrdən fərqləndirmək mümkündür.
TQDK onu da bildirir ki, qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün TQDK tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

Oxşar yazılar

Pul, karyera, sevgi: Yayın ortası 3 BÜRCƏ uğur gətirəcək
19 iyul 2025 , 18:35
Bu marşrut xəttinə yeni avtobuslar verildi
19 iyul 2025 , 18:06
Soyuducunu və qidanı korlamayın: Məhsulların dondurulmasında yol verilən 9 SƏHV
19 iyul 2025 , 17:41
Hansı ölkələrdə insanlar daha tez qocalır və niyə - ARAŞDIRMA
19 iyul 2025 , 17:05
Sabah Bakıda hava əvvəlkilərdən də isti olacaq
19 iyul 2025 , 12:33
Bu rayonlara leysan yağdı - FAKTİKİ HAVA
19 iyul 2025 , 12:00
Köhnə qaydalar dəyişdi: artıq tanışlıqla sanatoriyalara getmək olmur - TAHİR KƏRİMLİYƏ CAVAB
19 iyul 2025 , 11:49