9 ayda 1 176,7 milyon nəfər sərnişin daşınıb
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 157,3 milyon ton və 1 176,7 milyon nəfər sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən yükdaşımaların həcmi 3,3 faiz, sərnişindaşımaların həcmi isə 8,5 faiz artıb.
Hesabat dövründə qeyri-neft yüklərinin həcmi 7,7 faiz artıb. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 56 faizi avtomobil nəqliyyatı, 27,5 faizi boru kəməri, 10,6 faizi i dəmir yolu, 5,9 faizi isə dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib. Qeyri-dövlət bölməsində yük daşınması 3,5 faiz artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 74,4 faiz təşkil edib.
Sərnişindaşımalara gəldikdə isə, cari ilin ilk doqquz ayı ərzində sərnişinlərin 87,7 faizi avtomobil, 12 faizi metro nəqliyyatının xidmətlərindən istifadə edib.

Oxşar yazılar

Ceff Bezos otel işçilərinə 52 min dollar “çayavoy” verdi
20 iyul 2025 , 16:38
III Şuşa Qlobal Media Forumu çərçivəsində ilk panel -YENİLƏNİB
20 iyul 2025 , 11:51
Bu BÜRCLƏRDƏN borc almağa dəyər: Dostlarına borcları bağışlayırlar
20 iyul 2025 , 10:10
Pul, karyera, sevgi: Yayın ortası 3 BÜRCƏ uğur gətirəcək
19 iyul 2025 , 18:35
Bu marşrut xəttinə yeni avtobuslar verildi
19 iyul 2025 , 18:06
Soyuducunu və qidanı korlamayın: Məhsulların dondurulmasında yol verilən 9 SƏHV
19 iyul 2025 , 17:41
Hansı ölkələrdə insanlar daha tez qocalır və niyə - ARAŞDIRMA
19 iyul 2025 , 17:05