XİN Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir
05 mart 2023 15:20 (UTC +04:00)

XİN Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir

“Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə, Üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir”.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin ermənilərin növbəti təxribatı ilə bağlı yaydığı məlumatda qeyd edilib:

"Bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür".

# 112620
avatar

Oxşar yazılar