Prezident İlham Əliyev sentyabrın 10-da 1-ci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrailin müdafiə naziri Moşe Yaalonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli və hərbi-texniki əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev bu gün həmçinin Serbiyanın baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.