Xankəndi-Laçın yolunda keçirilən aksiyadan YENİ XƏBƏR  -FOTO
29 dekabr 2022 10:21 (UTC +04:00)

Xankəndi-Laçın yolunda keçirilən aksiyadan YENİ XƏBƏR -FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan sülhməramlı kontingentə məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.

Lent.az-ın məlumatına görə, APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus daha 4 minik avtomobili Xankəndindən Laçın istiqamətinə keçib.

Avtomobillərin aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək Rusiya sülhməramlıları kontingentinə məxsus avtomobillərin keçidi üçün dəhliz açıb.

# 1995
avatar

Oxşar yazılar