VESTİ.AZ:  “Erməni cəmiyyətində şir defisiti və çaqqal bolluğu”
30 yanvar 2023 17:40 (UTC +04:00)

VESTİ.AZ: “Erməni cəmiyyətində şir defisiti və çaqqal bolluğu”

Yanvarın 27-də Azərbaycanda Tehrandakı səfirliyinə hücumla bağlı faciəli xəbər bütün dünyaya yayıldı. Bildiyimiz kimi hücum zamanı səfirliyin əməkdaşı Orxan Əsgərov şəhid olub, iki nəfər əməkdaşı isə yaralanıb. Səfirlikdə quraşdırılmış müşahidə kamerası terrorçunun bütün hərəkətini qeydə alıb.

Videoda səfirliyin mühafizəçisinin yalın əllə “kalaşnikov” avtomatı ilə silahlanmış terrorçunu zərərsizləşdirməsi təsirsiz ötüşmədi. Sonda məlum oldu ki, videodakı “ağ köynəkli” oğlan Vasif Tağıyev terrorçunu zərərsizləşdirərkən çiynindən və çənəsindən güllə yarası alıb. Vasif Tağıyevin bu hərəkəti Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın da diqqətindən yayınmadı.

Lent.az Vesti.az-a istinadən xəbər verir ki, o, özünün teleqram kanalından baş verənlərlə bağlı belə bir qeyd paylaşıb: “Azərbaycan səfirliyinin əməkdaşı şir kimi döyüşürdü”. Əslində Zaxarova səfirliyin əməkdaşının hərəkətini obyektiv qiymətləndirərək onun göstərdiyi igidliyi önə çəkmişdi. 

Amma Zaxaraovanın qeydi altında bir dəstə erməni öz kin və aqressiyasını dərhal göstərdi. Onlar “Siz Mariya əsl şir kimi həmişə Azərbaycanın maraqlarını müdafiə edirsiniz”, “Mariya siz Rusiyanın, yoxsa Azərbaycan XİN-in nümayəndəsisiniz?”, “Zaxarova qara ikradan zəhərlənib” kimi şərhlər yazdılar. “Şir” sözünü az qala milliləşdirən ermənilər unudur ki, məhz onların əsgərləri 44 günlük müharibə zamanı uzaq və yaxın məsafəyə qaçış üzrə normativləri uğurla yerinə yetiriblər. Ancaq bilsinlər ermənilər arasında şir defisiti olsa da, amma həddindən artıq çaqqal var. 
 

# 2646
avatar

Oxşar yazılar