Təxribat törədən 3 erməni  MƏHV EDİLDİ:   Biri polkovnik-leytenantdır - YENİLƏNİB
29 sentyabr 2022 17:43 (UTC +04:00)

Təxribat törədən 3 erməni MƏHV EDİLDİ: Biri polkovnik-leytenantdır - YENİLƏNİB

Sentyabrın 28-də törətdikləri təxribat nəticəsində məhv edilən erməni hərbçilərinin kimlikləri məlum olub.

Lent.az-ın Ermənistan mediasına istinadla xəbərinə görə, onlardan biri polkovnik- leytenant Haapet Markaryandır. Məhv edilən digər hərbçilər isə çavuş Ovanes Sukiasyan və sıravi Edvard Ovanisyandır. 
 

***

28 sentyabr, saat 22:49

Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə təxribata əl atıb.

Lent.az xəbər verir ki, Azərbaycan Ordusu tərəfindən bu təxribata cavab tədbirləri görülüb.

Nəticədə Ermənistan tərəfdən üç hərbi qulluqçu öldürülüb.

Hazırda sərhəddə vəziyyət sabitdir.

Xatırladaq ki, Ermənistan mediasında Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatlar yayılıb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatlarının yalan olduğunu bildirib:

“Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.
Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb”,- nazirliyin yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb.

# 8886
avatar

Oxşar yazılar