Tbilisidə ermənilərlə polis arasında insident yaşandı -FOTO  -YENİLƏNİB
18 sentyabr 2022 14:06 (UTC +04:00)

Tbilisidə ermənilərlə polis arasında insident yaşandı -FOTO -YENİLƏNİB

Gürcüstan polisi paytaxt Tbilisidə ermənilərin Azərbaycan səfirliyi istiqamətində yürüşünü dağıdıb.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hüquq mühafizə orqanlarının əməkdaşları ermənilərə səfirlik binasına yürüş etmələrinə icazə verməyib. Nəticədə yürüş Metexi körpüsü üzərində dayanıb. Polislə aparılan danışıq cəhdi də baş tutmadığından ermənilər geri qayıtmaq məcburiyyətində qalıblar.

 

***

13:49

Tbilisidə ermənilərin təxribat cəhdi baş tutmayıb.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, Gürcüstanda yaşayan ermənilər paytaxtın Avlabari metro stansiyası yaxınlığından Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüşə etmək istəyiblər.

Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisidə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

# 4650
avatar

Oxşar yazılar