Şuşa bu şəhərlə QARDAŞLAŞDI
30 sentyabr 2022 21:49 (UTC +04:00)

Şuşa bu şəhərlə QARDAŞLAŞDI

 

Sentyabrın 30-da paytaxt Sofiyada Azərbaycanın Şuşa şəhəri ilə Bolqarıstanın Veliko Tırnovo şəhəri arasında qardaşlaşma haqqında Anlaşma Memorandumu imzalanıb.

Lent.az xəbər verir ki, Memorandumu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Veliko Tırnovo şəhərinin meri Daniel Panov imzalayıblar.

Qeyd edək ki, Heydər Əliyev Fondu Bolqarıstanın mədəni-mənəvi paytaxtı olan Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına mühüm töhfə verib. Heydər Əliyev Fondu tarixi abidənin 158 metr uzunluğunda qərb divarının konservasiyasını və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, Mədəni İrs Mərkəzinin yaradılmasını, bu ərazidə yerləşən Orta əsrlərə aid üç kilsənin təmirini və konservasiyasını həyata keçirib. 2016-cı il sentyabrın 22-də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində iştirak ediblər.

Həmin gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomları təqdim olunub. Heydər Əliyev Fondunun prezidentinə “Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı” adı şəhərin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə verilib.

# 2025
avatar

Oxşar yazılar

Müdafiə Nazirliyi Rusiya MN-ə yenidən cavab verdi

Müdafiə Nazirliyi Rusiya MN-ə yenidən cavab verdi

26 noyabr 2022 , 21:10
İlham Əliyev və Vladimir Putin

İlham Əliyev və Putin arasında telefon danışığı olub

26 noyabr 2022 , 14:45
Daşkəsən, Xocavənd və Ağdam atəşə tutuldu

Daşkəsən, Xocavənd və Ağdam atəşə tutuldu

26 noyabr 2022 , 14:24
Ermənilərin kəşfiyyata göndərdiyi kvadrokopter ələ keçirildi - FOTO

Ermənilərin kəşfiyyata göndərdiyi kvadrokopter ələ keçirildi - FOTO

26 noyabr 2022 , 12:50
Molla övladlarının eyş-işrəti:   Ayətullahlar şiələrin pulunu hara xərcləyir?

Molla övladlarının eyş-işrəti: Ayətullahlar şiələrin pulunu hara xərcləyir?

25 noyabr 2022 , 16:50
Güney Azərbaycanda ÜMUMMİLLİ AKSİYA  təyin edildi

Güney Azərbaycanda ÜMUMMİLLİ AKSİYA təyin edildi

25 noyabr 2022 , 14:23
İranda erməni dilində məktəblər var,  Azərbaycan dilində  yoxdur  - Prezident

İranda erməni dilində məktəblər var, Azərbaycan dilində yoxdur - Prezident

25 noyabr 2022 , 13:38
Bakıda Orta Dəhlizə həsr olunmuş beynəlxalq konfrans - CANLI

Bakıda Orta Dəhlizə həsr olunmuş beynəlxalq konfrans - CANLI

25 noyabr 2022 , 10:40