Şəhidlərimizin qanı yerdə qalmadı!   - İlham Əliyev
13 sentyabr 2022 20:51 (UTC +04:00)

Şəhidlərimizin qanı yerdə qalmadı! - İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı paylaşım edib.

Lent.az xəbərinə görə paylaşımda deyilir:

Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin qanı yerdə qalmadı!

# 4350
avatar

Oxşar yazılar