Rusiyadan qərbi azərbaycanlıların torpaqlarına qayıtmasına REAKSİYA
23 mart 2023 15:30 (UTC +04:00)

Rusiyadan qərbi azərbaycanlıların torpaqlarına qayıtmasına REAKSİYA

Rusiya Xarici İşlər Nazirliyi qərbi azərbaycanlıların Ermənistan ərazisinə qayıdışı məsələsinə münasibət bildirib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi bu gün keçirdiyi brifinqdə bu mövzunun olduqca həssas xarakter daşıdığını söyləyib. Onun sözlərinə görə, bu mövzuya Bakı və İrəvan arasında dialoq çərçivəsində iki xalqın barışması kontekstində baxılmaldır:

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin əsasını kompleks üçtərəfli razılaşmalar təşkil edir. Bu razılaşmalar humanitar problematikanı da əhatə edir. Bu gün üçün Bakı və İrəvanın başlıca vəzifəsi bu razılaşmaların bəndlərinin ardıcıl reallaşdırılmasıdır”.

Zaxarova Ermənistan tərəfinin də oxşar müraciətinin olduğunu da xatırladıb.

# 22236
avatar

Oxşar yazılar