Rusiya Ukrayna ilə  ciddi dialoqa   hazırdır - Putin
05 yanvar 2023 15:53 (UTC +04:00)

Rusiya Ukrayna ilə ciddi dialoqa hazırdır - Putin

Rusiya Ukrayna ilə münaqişə ilə bağlı ciddi dialoqa açıqdır. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Kremlin mətbuat xidmətinin xəbərinə görə, prezident Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı buna hazır olduğunu bildirib.

Rusiya lideri əlavə edib ki, vəziyyətin bu cür inkişafı Kiyevin əvvəllər səsləndirdiyi tələbləri yerinə yetirməsi və “yeni ərazi reallıqları nəzərə alınmaqla” mümkün ola bilər.

# 2343
avatar

Oxşar yazılar