Qanunsuz erməni birləşmələri ordumuzu atəşə tutub
11 noyabr 2022 10:08 (UTC +04:00)

Qanunsuz erməni birləşmələri ordumuzu atəşə tutub

Noyabrın 11-i saat 0:30-dan saat 0:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbər əgörə, bundan başqa, noyabrın 11-i saat 1:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

# 2121
avatar

Oxşar yazılar