Ordumuzun itkiləri ilə bağlı   nazirlikdən AÇIQLAMA
06 yanvar 2023 17:54 (UTC +04:00)

Ordumuzun itkiləri ilə bağlı nazirlikdən AÇIQLAMA

Müdafiə Nazirliyi erməni mətbuatının guya Azərbaycan Ordusunun 2022-ci ildəki itkiləri ilə bağlı yaydığı məlumatlara cavab verib.

Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qarşı tərəfin yaydığı məlumat yalandır və dezinformasiya xarakteri daşıyır:

"Uydurma və reallığı əks etdirməyən rəqəmlərin əks olunduğu bu cür məlumatlar ictimaiyyəti çaşdırmaq məqsədi güdür.

Qeyd edək ki, ordumuzun itkiləri barədə ölkə mətbuatında mütəmadi olaraq rəsmi məlumatlar verilib. Ermənistan mətbuatı ehtiyata buraxıldıqdan sonra müxtəlif səbəblərdən dünyasını dəyişmiş vətəndaşlar barədə məlumatları belə ordumuzun döyüş itkiləri kimi qələmə verməyə çalışır. Odur ki, vətəndaşlarımızı, media nümayəndələrini, həmçinin sosial şəbəkə istifadəçilərini bu cür həqiqətə uyğun olmayan məlumatları tirajlamamağa çağırırıq”.

Xatırladaq ki, Ermənistan mediasında 2022-ci ildə Azərbaycan ordusunun 149 hərbçisini itirdiyi barədə məlumat yayılıb.

# 3426
avatar

Oxşar yazılar