Ordumuz 11 yüksəkliyi nəzarətə götürüb və çoxsaylı qənimətlər əldə edib - SİYAHI
17 sentyabr 2022 17:25 (UTC +04:00)

Ordumuz 11 yüksəkliyi nəzarətə götürüb və çoxsaylı qənimətlər əldə edib - SİYAHI

Ordumuz son günlər baş verən düşmən təxribatlarının qarşısını alarkən çoxlu sayda hərbi qənimətlər ələ keçirib.

Lent.az xəbər verir ki, ələ keçirilən qənimətlər sırasında əsasən, nəqliyyat vasitələri və döyüş sursatları üstünlük təşkil edir.

Həmçinin bir neçə texnika və hava hücumundan müdafiə sistemləri məhv edilib.

Məhv edilən düşmən texnikalarının siyahısını təqdim edirik:

4 radar, 2 ədəd S-300 5N63 İYR radarı, 3  ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, 2 ədəd S-125 RTS-125 radarı, 1 ədəd radioelektron mübarizə vasitəsi jitel, 14 top və haubitsa, 9 minaatan, 32 avtomobil texnikası.

Ələ keçirilən qənimətlər:

3 "KamAZ", 1 "URAL", 1 "UAZ", 3 mühəndis texnikası, 3 minaatan, 1 zenit raket kompleksi, 35 müxtəlif çaplı atıcı silah, 20 əl qumbarası, 2 optik cihaz, 2 rabitə vasitəsi və 14500-dən çox döyüş sursatı.

Bundan əlavə, 1 briqadanın daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start məntəqəsi darmadağın edilib. 74 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 11 strateji yüksəklik nəzarətə götürülüb. Düşmənin 450-dək canlı qüvvəsi məhv edilib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri sentyabrın 12-dən 13-ə keçən gecə dövlət sərhədi boyunca təxribatlar törədib. Ordumuz adekvat tədbirlər görərək, düşməni geri çəkilməyə məcbur edib.

# 10488
avatar

Oxşar yazılar