Naxçıvanın yeni ombudsmanı  o oldu
16 iyul 2022 21:56 (UTC +04:00)

Naxçıvanın yeni ombudsmanı o oldu

Naxçıvan Muxtar Respublikasına yeni İnsan Hüquqları üzrə Müvəkkil təyin olunub.

Lent.az xəbər verir ki, Ali Məclisdə keçirilən səsvermədə Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmiş Günay Rzayeva Ali Məclisin sessiyasında and içib və minnətdarlıq edib.

# 5790
avatar

Oxşar yazılar