Naxçıvanda MÜŞAVİRƏ:  Yeni tapşırıqlar verildi - FOTO
06 yanvar 2023 12:17 (UTC +04:00)

Naxçıvanda MÜŞAVİRƏ: Yeni tapşırıqlar verildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib.

Lent.az-ın məlumatına görə, APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən müşavirənin gündəliyindəki məsələ təsərrüfatbaşına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələrin müəyyən edilməsi olub.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov APA-ya bildirib ki, müşavirədə təsərrüfatbaşına uçot kitablarının doldurulması ilə bağlı ətraflı məlumat verilib.

“Düşünürük ki, təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi həm bu sahədə statistikanın təkmilləşdirilməsinə, eyni zamanda, digər məqsədlər üçün məlumatların ilkin mənbədən əldə edilməsinə imkan verəcək. Həmçinin, kənd təsərrüfatı, eləcə də şəhər yerləri üzrə həm əhali statistikası, həm də digər sahələrlə bağlı daha müfəssəl məlumatların əldə edilməsinə şərait yaradacaq. Müşavirədə zəruri tövsiyə və tapşırıqlar verilib. Qısa müddət ərzində tərəfimizdən də metodoloji dəstək göstəriləcək və bu məlumatların elektron informasiya sisteminə daxil edilməsi, onların emalı ilə bağlı məsələlər öz həllini tapacaq. Əsas məsələ təsərrüfatbaşına uçot sənədlərinin bütün bölmələrinin faktiki göstərişlər əsasında həyata keçirilməsi və onların tərtib edilməsidir”, - Yusif Yusifov qeyd edib.

# 3192
avatar

Oxşar yazılar