Məzahir Pənahov bir həftədə iki möhtəşəm toy elədi - Qonaqlar kimlər idi?
12 yanvar 2023 14:04 (UTC +04:00)

Məzahir Pənahov bir həftədə iki möhtəşəm toy elədi - Qonaqlar kimlər idi?

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oğullarına toy edib.

Lent.az-ın manset.az-a istinadən verdiyi məlumata görə, MSK rəhbəri bir həftədə iki möhtəşəm toy mərasimi keçirib. Belə ki, M. Pənahov əvvəlcə kiçik oğlu Araz Pənahova “Buta Palas”da, elə həmin həftə ərzində də böyük oğlu Məhəmməd Pənahova “Fairmont” hoteldə dəbdəbəli toy edib. Məhəmməd Həlimə adlı xanımla, Araz isə Nərgiz adlı xanımla ailə həyatı qurub. Mərasimdə nazirlər, deputatlar, icra başçıları, generallar, bir çox nüfuzlu iş adamları iştirak edib. Toyu Xalq artistləri Röya Ayxan, Eyyub Yaqubov, Əməkdar artist Xəyyam Nissanov idarə edib. Mərasimdə gəlinlərə bahalı qızıl-brilyant hədiyyə ediblər.

MSK sədri Məzahir Pənahov sayta açıqlamasında toy mərasimlərinin keçirildiyini təsdiq edərək dəstəyi asıb.

# 5874
avatar

Oxşar yazılar