Makronun  gizli silahı:   Fransada seçkilərin taleyi PSJ-nin ulduzundan asılıdır
17 aprel 2022 10:58 (UTC +04:00)

Makronun gizli silahı: Fransada seçkilərin taleyi PSJ-nin ulduzundan asılıdır

Fransanın rəhbəri Emmanuel Makron seçki kampaniyasında fəal iştirak edir. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, prezident seçkilərinin ikinci turunun nəticəsi daha çox fransalı azarkeşlərin kumiri Kilian Mbappedən asılı olacaq.

Hazırkı klubu ulduz hücumçunun PSJ ilə yeni müqavilə imzalaması və “Real”a keçməməsi üçün əlindən gələni edir.

Məlumata görə, Fransa prezidenti Emmanuel Makron 23 yaşlı futbolçunun qərarına təsir edə bilər. Siyasətçi ilə futbolçu arasında 4 ildir ki, dostluq münasibətləri var.

Kilian Mbappe milli simvol statusuna malikdir, fransız gənclərinə böyük təsir göstərir. Mbappe özü isə hələ də Makronu dəstəkləmək üçün ictimaiyyətə açıqlama verməyib.

Lakin onun PSJ ilə müqaviləni uzatmaq qərarı Fransada prezident seçkilərinin ikinci turunun nəticələrinə müsbət təsir göstərə bilər.

Qeyd edək ki, Fransa prezidenti də futbol oynamağı sevir. Ötən ilin oktyabrında siyasətçi xeyriyyə futbol oyununda iştirak edib. Makron Panenka tipli penalti ilə hesabı açıb.

# 2775
avatar

Oxşar yazılar