Kəlbəcər və Laçın  ATƏŞƏ TUTULDU
04 sentyabr 2022 12:16 (UTC +04:00)

Kəlbəcər və Laçın ATƏŞƏ TUTULDU

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə  atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə,Şəxsi heyət və texnikamızda itki yoxdur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

# 3678
avatar

Oxşar yazılar