İmran Xan  sərbəst buraxıldı
12 may 2023 14:36 (UTC +04:00)

İmran Xan sərbəst buraxıldı

İslamabad Məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xanı girov müqabilində iki həftəlik azad edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, İslamabad Məhkəməsi İmran xanı girov müqabilində azad edib. 

Qeyd edək ki, müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının rəhbəri İmran Xan məhkəmə qərarı ilə 8 günlük həbs edilmişdi. Buna baxmayaraq Pakistan Ali Məhkəməsi onun  həbsini qanunsuz hesab etmişdi. 

Bildirilir ki, İmran Xan və həyat yoldaşı korrupsiya, çirkli pulların yuyulmasında ittiham olunur.
 

# 2712
avatar

Oxşar yazılar