İlham Əliyev qırıcılarla qarşılandı - FOTO
23 noyabr 2022 23:27 (UTC +04:00)

İlham Əliyev qırıcılarla qarşılandı - FOTO

Serbiya hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevi xüsusi hörmətlə qarşılayıb.

Lent.az-ın xəbərinə görə, Azərbaycan Prezidentinin təyyarəsini müşayiət etmək üçün Serbiya qırıcılarını səmaya qaldırıb.

Bununla yanaşı, hava limanında İlham Əliyevi serbiyalı həmkarı Aleksandar Vuçiç şəxsən qarşılayıb.

Qeyd edək ki, İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb.

Dövlət başçısını Serbiya Prezidenti özü yola salıb.
 

# 3807
avatar

Oxşar yazılar