Hərbçilərimizin  mühasirəyə düşməsi   yalandır - RƏSMİ
16 sentyabr 2022 16:07 (UTC +04:00)

Hərbçilərimizin mühasirəyə düşməsi yalandır - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumatda bildirilib ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir.

Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur.

Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq.

# 3594
avatar

Oxşar yazılar