Fuad Nəcəfli
12 noyabr 2025 12:56 (UTC +04:00)

Fuad Nəcəfli

Fuad Nəcəfli işdən çıxarıldı - YENİ TƏYİNAT

0

Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Fuad Nəcəfli 2022-ci ilin dekabr ayında bu vəzifəyə təyin edilmişdi.

Prezidentin digər Sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Qeyd edək ki, Ceyhun Cəlilov bu təyinata qədər Naxçıvan Muxtar Respublikasının Baş naziri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar