Ermənistanın sentyabr döyüşlərində  233 hərbçisi məhv edilib   – SON STATİSTİKA
30 noyabr 2022 22:38 (UTC +04:00)

Ermənistanın sentyabr döyüşlərində 233 hərbçisi məhv edilib – SON STATİSTİKA

Sentyabrın 12-14-də Azərbaycanla sərhəddə Ermənistanın törətdiyi təxribat nəticəsində məhv edilən hərbçiləri ilə bağlı yeni statistika açıqlanıb.

Lent.az Ermənistan mediasına istinadla bildirir ki, bu haqda “Mənim şərəfim var” parlament fraksiyasının deputatı Tiqran Abraamyan məlumat verib. O, özünün “Facebook” səhifəsində həmin təxribar zamanı Ermənistanın itkilərinin sayının 233-ə çatdığını bildirib. 

“Azərbaycan sonuncu dəfə 13 hərbçinin meyitini Ermənistan tərəfinə təhvil verib, hazırda şəxsiyyətləri müəyyənləşdirilir.

Hakimiyyət orqanları daha əvvəl 16 hərbçinin itkin düşdüyü barədə məlumat vermişdi, yəni hazırda üç hərbçinin taleyi məlum deyil”, - o, yazıb.


 

# 2595
avatar

Oxşar yazılar