Noyabrın 27-si saat 17:10-dan noyabrın 28-i saat 01:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Qaraiman, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, bundan başqa, noyabrın 27-si saat 19:35-dən noyabrın 28-i saat 08:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa, Xocavənd, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ermənilər ordumuzun mövqelərini atəşə tutub

Oxşar yazılar

İran Orxan Əsgərovun cənazəsinin verilməsinə süni əngəllər törədir
28 yanvar 2023 , 22:16
Azərbaycanın İrandakı səfiri yaralıların vəziyyətini açıqladı - VİDEO
27 yanvar 2023 , 23:56
Azərbaycan Ermənistan hərbçisinin meyitinin qalıqlarını qarşı tərəfə təhvil verdi
27 yanvar 2023 , 20:44
QMİ-dən BƏYANAT: "Səfirliyimizə hücum terror aktıdır"
27 yanvar 2023 , 18:26
"Türkiyə can dostunun yanındadır" - Ərdoğandan DƏSTƏK
27 yanvar 2023 , 17:07
İran terror dövləti olduğunu bir daha sübut etdi: Sonu virandır
27 yanvar 2023 , 15:37
İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı
27 yanvar 2023 , 15:06