Ermənilər 3 rayonumuzu yenə ATƏŞƏ TUTUR
14 sentyabr 2022 13:43 (UTC +04:00)

Ermənilər 3 rayonumuzu yenə ATƏŞƏ TUTUR

Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi atəşə tutmaqda davam edir.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir.

Əməliyyat şəraiti ordumuzun nəzarətindədir.

# 2901
avatar

Mehman Nəbiyev

Oxşar yazılar