Erməni hərbçinin ölümü ilə bağlı Müdafiə Nazirliyindən AÇIQLAMA
06 sentyabr 2022 14:18 (UTC +04:00)

Erməni hərbçinin ölümü ilə bağlı Müdafiə Nazirliyindən AÇIQLAMA

Ermənistan mediası 20 yaşlı erməni hərbçinin həlak olması barədə məlumat yayıb.

Lent.az xəbər verir ki, erməni mənbələri sentyabrın 5-də axşam saatlarında döyüş mövqeyində 20 yaşlı hərbçi Arman Qagikoviç Sarkisyanın həlak olduğunu bildiriblər.

Azərbaycan Müdafiə Nazirliyi isə həmin məlumatların həqiqəti əks etdirmədiyini qeyd edib.

Nazirlikdən verilən məlumata görə, ordumuzun bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır. 

"Bu məlumatı qəti surətdə təkzib edirik".

# 2892
avatar

Mehman Nəbiyev

Oxşar yazılar