Düşmən Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərindən atəş açıb
27 noyabr 2022 09:42 (UTC +04:00)

Düşmən Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərindən atəş açıb

Noyabrın 26-sı saat 22:35-dən noyabrın 27-si saat 08:37-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

# 2013
avatar

Oxşar yazılar