Deputatdan həmkarına ÇAĞIRIŞ: "Münaqişəni  “kişi kimi”   həll edək"
14 mart 2023 19:44 (UTC +04:00)

Deputatdan həmkarına ÇAĞIRIŞ: "Münaqişəni “kişi kimi” həll edək"

Krasnoyarskda yerli deputat İqor Qrinev həmkarı Vyaçeslav Dyukova tatamı üzərinə çıxıb şəxsi münaqişəni “kişi kimi” həll etməyi təklif edib.

“İndi seçkilərdən əvvəl məni tapdalamaq qərarına gəldilər. Son bir neçə aydır ki, Dyukov məni təxribat edir, durmadan deyir ki, gedək, çıxaq. Prokuror zalda oturur, gülümsəyir və reaksiya vermir", - Lent.az xarici mətbuata istinadən bildirir ki, Qrinev deyib.

Onun sözlərinə görə, regional parlamentin sədri baş verənlərə heç bir reaksiya vermir. Deputat yeganə çıxış yolunu həmkarını açıq şəkildə tatamiyə çağırmaqda görür. Parlamentari onu da bildirib ki, Dyukov bir neçə dəfə ona “kriminal zirzəmilərində” görüşməyi təklif edib.

Qrinev əlavə edib ki, rəqibi ötən əsrin 90-cı illərində araq alveri ilə məşğul olub, bununla əlaqədar olaraq, parlamentariyə görə, o, “zirzəmilərin, preslərin və başqa hər şeyin nə olduğunu bilir”.

# 1962
avatar

Oxşar yazılar