"Bunu Fransada yox, üçüncü dünya ölkələrində etsəydilər..." -  Elxan Şahinoğlu
19 sentyabr 2022 17:44 (UTC +04:00)

"Bunu Fransada yox, üçüncü dünya ölkələrində etsəydilər..." - Elxan Şahinoğlu

Fransada ermənilər Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Görüntülər sosial şəbəkələrdə yayılıb. Fransanın hüquq-mühafizə orqanları təxribatçılara müdaxilə etməyib.

Bir müddət öncə Londondakı səfirliyimizə hücum zamanı da polisin müdaxilə etməməsi azərbaycanlıların narazılığı ilə qarşılanmışdı. Dünya təcrübəsində bu kimi hallar dövlətlərin bir-birinə nota verməsi ilə nəticələnir. Bəs nəticə yoxdursa, beynəlxalq məhkəmələrə müraciət mümkündürmü? Cəzasızlıq nə ilə nəticələnə bilər?

Lent.az-ın suallarını politoloq Elxan Şahinoğlu cavablandırıb:
“Öncə, biz gərək özümüz bir neçə məsələni həll edək. Bu həssas məqamlarda digər ölkələrdəki səfirliklərimizdə təhlükəsizlik tədbirlərini gücləndirmək lazımdır. Biz Londondakı hadisələr zamanı gördük, ki binanı qoruyan yox idi, Polis hadisə yerinə çox gec gəlmiş və müdaxilə etməmişdi. Eyni halı Fransada da gördük. Səfirliyin əməkdaşı təkbaşına mübarizə aparırdı. Orada daxili təhlükəsizlik tədbirləri gücləndirilməliydi. Madam ki, səfirliklərimizin qorunmasına dırnaqarası baxılır, biz özümüz təhlükəsizlik tədbirlərini artırmalıyıq.

Fransa polisinə əvvəldən məlumat verilib ki, hücum oluna bilər, amma siqnala cavab verilməyib. Bu hansısa üçüncü dövlətdə olsaydı, anlamaq olardı, amma Britaniya və Fransa kimi ölkələrdə bu halın yaşanması xoşagəlməzdir. London heç olmasa üzr istədi, polisin gec gəlməsinə görə. Fransa bunu etməyib. Eyni hal bizim ölkədə bu dövlətlərə qarşı baş versə, necə olardı?

Hörmət qarşılıqlıdır. Fransa ermənipərəst mövqedən çıxış edir və bu münasibətlərimizə çox ciddi təsir edə bilər. Biz nota verməliyik, beynəlxalq məhkəmələrə müraciət edə bilərik. Bu Fransa üçün çox ciddi qanun pozuntusudur. Bu hallar həmin dövlətlərin öz nüfuzuna zərbədir. Təmas xəttində hər toqquşmada səfirliklərimiz əziyyət çəkir. Gürcüstanda, Livanda polis hadisələrin qarşısını aldı, Fransada, Londonda isə yox. Bu istər-istəməz insanlarda bu təxribatların məqsədyönlü şəkildə təşkil olunması ehtimalını yaradır".

Qeyd edək ki, Azərbaycan tərəfi bu hadisəyə görə artıq Fransaya nota verib.

# 2304
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Tovuz atəşə tutuldu

Tovuz atəşə tutuldu

13 aprel 2024 , 09:10
Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08