Azərbaycanda 100-ə qədər  erməni hərbçinin   cəsədi var - RƏSMİ
14 sentyabr 2022 15:55 (UTC +04:00)

Azərbaycanda 100-ə qədər erməni hərbçinin cəsədi var - RƏSMİ

Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin sentyabrın 12-13-də ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.

Bu barədə Lent.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. Qeyd olunub ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.

# 3003
avatar

Mehman Nəbiyev

Oxşar yazılar