Azərbaycan diplomatiyasının növbəti BRUSSEL ZƏFƏRİ
15 may 2023 14:42 (UTC +04:00)

Azərbaycan diplomatiyasının növbəti BRUSSEL ZƏFƏRİ

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa Birliyi platformasında etiraf etdi.
 
Liderlərin 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etmələri Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsi oldu.
Nəhayət, Ermənistan Zəngəzur dəhlizinin açılmasının zəruriliyini rəsmən etiraf etdi.

Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşün Azərbaycanın tam diplomatik qələbəsi ilə başa çatdığını deyə bilərik.
Əgər xatırlayırsınızsa Nikol Paşinyan dəfələrlə bildirmişdi ki, Brüssel formatından imtina edir. Amma onun bu cəhdi uğursuzluqla nəticələndi və qalib tərəfin diktəsi ilə öz mövqeyindən geri çəkilərək Brüsselə getməyə məcbur oldu.
Ermənistan keçiriləcək növbəti görüşdə Fransanın da iştirakını israrla tələb edirdi. Son görüş təsdiq etdi ki, Azərbaycan pozucu mövqe tutan, sülhə gedən yolu əngəlləməyə çalışan Fransanı masa arxasına buraxmadı, rəsmi Paris prosesi elə öz ölkəsindən izləməli oldu və niyyəti gözündə qaldı. Təbii ki, Fransanın məqsədi bəllidir, dəfələrlə sərgilədiyi yanaşmaları ilə münasibətləri gərginləşdirməyə çalışır. Elə hesab edir ki, dünyada güc sahibidir, Cənubi Qafqazda gedən proseslərə təsir imkanlarına malikdir. Amma unudur ki, Azərbaycan regionun lideridir, qalib ölkədir və aparılan danışıqlarda əsas söz sahibidir.

Brüssel görüşünün nəticələrinə dair Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlamasında yer alan məqamlar Azərbaycanın maraqlarına tam cavab verir və ölkəmizin danışıqlar masasında növbəti diplomatik uğurudur. Bu, bir daha onu göstərir ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Eləcə də kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası, azaraq Ermənistan tərəfə keçən azərbaycanlı əsgərlərin təhvil verilməsi, itkin düşmüş şəxslərin taleyi, minaların təmizlənməsi və digər məsələlərin müzakirəyə çıxarılması Azərbaycanın dəyişməz mövqeyini, dövlətimizin başçısı cənab İlham Əliyevin diplomatik bacarığını və siyasi iradəsini göstərir. Ermənistan tərəfi də anlamalıdır ki, Azərbaycanın bütün səyləri sülhə hesablanıb və bu, ən optimal çıxış yoludur. Artıq mənasız xəyallardan əl çəkməyin vaxtıdır, yeni reallıqları qəbul etmək lazımdır.

Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirik.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

"İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir.
Görüş zamanı, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edirik.

Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik",- xatırlayırsınızsa, Ermənistanın baş naziri deyə qeyd edilib.

# 1770
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar