Almaniya Azərbaycanı  əsas tərəfdaş   kimi görür
15 mart 2023 14:46 (UTC +04:00)

Almaniya Azərbaycanı əsas tərəfdaş kimi görür

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri olduqca uğurlu oldu. Səfər çərçivəsində dövlət başçımız Almaniya Prezidenti, kansleri, rəsmi şəxsləri, Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri və s. ilə olduqca səmərəli görüşlər keçirib. Müzakirələr qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçib. 

Səfər strateji dialoq xarakteri daşıyıb, Almaniya Azərbaycanın əhəmiyyətini qəbul edir və vurğulayır.

Almaniya Prezidenti və kanslerinin mövqeyində bu ölkənin Azərbaycanla əlaqələrini inkişafı etdirmək əzmi açıq nümayiş etdirildi. Səfərə dəvət, aparılmış müzakirələr və ifadə olunan fikirlər bunu aydın göstərdi.

Səfər Azərbaycan-Almaniya münasibətlərinin və əməkdaşlığının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. Prezident İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü bunun bariz təcəssümüdür.

Almaniya Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə başlamış Brüssel prosesi dəstəkləyir. Prezident Ştaynmayerlə keçirilmiş görüşdə bu məsələ bir daha vurğulandı. 

Avropanın və dünyanın aparıcı ölkələrindən biri kimi, Almaniya özünün Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətini yenidən nəzərdən keçirir və burada Azərbaycanı ciddi, vacib tərəfdaş qismində qiymətləndirir. 

Hazırkı dövrə kimi Almaniya Cənubi Qafqaz regionunda fəal olmayıb və bu regionla bağlı siyasətini Rusiyanın üzərindən həyata keçirib. Hazırda Almaniya regionla bağlı siyasətini genişləndirmək əzmini nümayiş etdirir, burada da Azərbaycanı əsas tərəfdaş kimi görür.

“Cənab Əliyev və mən eyni fikirdəyik ki, bu münaqişə tez bir zamanda öz həllini tapmalıdır.

Bu barədə Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

“Azərbaycan və Almaniya Avropa Şurasının üzvüdür. Biz bu üzvlüklə üzərimizə öhdəlik götürmüşük ki, insanların hüquqları, demokratiya qorunsun, hüquqi dövlətçilik qorunsun. Biz belə düşünürük ki, demokratiyanın ayrılmaz bir hissəsi canlı mülki cəmiyyətdir. Çünki canlı mülki cəmiyyətdən hər bir cəmiyyət ancaq faydalana bilər”, - deyə Olaf Şolts vurğulayıb.

“Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfəri tariximizə qızıl hərflərlə yazıldı. Məhz bu müharibədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni darmadağın etdi. Torpaqlarımızın işğalına son qoyuldu. 2020-ci il sentyabrın 27-də düşmənin növbəti hərbi təxribatına cavab olaraq başlayan və hər günü Azərbaycan Ordusunun bir uğuru ilə tarixə yazılan Vətən müharibəsi noyabrın 10-da Ermənistanın ölkəmiz qarşısında diz çökməsi ilə başa çatdı. Bu qələbə nəticəsində Azərbaycan həm də yeni reallıqlar yaratdı”.

Bunu  Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, həm Ermənistan, həm də onun xarici havadarları gec-tez bu reallığı qəbul edəcəklər: “Çünki onların başqa yolu yoxdur. Bu gün regionda əbədi sülhün, inkişafın olmasında maraqlı olan beynəlxalq qurumlar, o cümlədən ölkələr bu reallıqlar fonunda addımlar atır, Ermənistanla Azərbaycan arasında əbədi sülhün əldə edilməsi üçün çalışırlar. Məlum olduğu kimi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də bu istiqamətdə mühüm addımlar atıb. Məhz onun vasitəçiliyi ilə başlamış Brüssel prosesi çərçivəsində sülh sazişinin imzalanması istiqamətində müəyyən işlər görülüb”.
Deputat qeyd edib ki, artıq Almaniya da bu prosesi dəstəkləyir: “Biz Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı da bunu müşahidə etdik. Almaniya Prezidenti Ştaynmayerlə keçirilmiş görüşdə bu məsələ bir daha vurğulandı. Bu isə ondan xəbər verir ki, Avropanın və dünyanın aparıcı ölkələrindən biri kimi Almaniya özünün Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətini yenidən nəzərdən keçirir. Rəsmi Berlin burada Azərbaycanı ciddi, vacib tərəfdaş qismində qiymətləndirir”.

Vüqar İskəndərovun sözlərinə görə, bu müşahidə edilənlər bir çox məqama görə müsbət nəticələr vəd edir: “Ən əsası isə odur ki, hazırkı dövrə kimi Almaniya Cənubi Qafqaz regionunda fəal olmayıb və bu regionla bağlı siyasətini Rusiyanın üzərindən həyata keçirib. Hazırda Almaniya regionla bağlı siyasətini genişləndirmək əzmini nümayiş etdirir, burada da Azərbaycanı əsas tərəfdaş kimi görür”.

# 2049
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar