ADR partiyasının fəaliyyəti dayandırıldı
12 yanvar 2023 17:51 (UTC +04:00)

ADR partiyasının fəaliyyəti dayandırıldı

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu partiyanın fəaliyyətinə xitam verib.

Lent.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, Milli Məclisdə yeni qəbul olunan "Siyasi partiyaalr haqqında" qanun səbəbilə partiya kimi fəaliyyət göstərə bilməyəcəklər:

"Odur ki, ADR Partiyası olaraq fəaliyyətimizi Qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik.  Bununla əlaqədar olaraq Partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə  xitam verilməsinə dair sərəncam imzalamışam. Partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı növbəti Ali Məclis verəcək. Bu barədə sizi məlumatlandıracam.

Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik".

# 4278
avatar

Oxşar yazılar