ABŞ-da 3-cü SİYASİ PARTİYA   yarandı
28 iyul 2022 19:07 (UTC +04:00)

ABŞ-da 3-cü SİYASİ PARTİYA yarandı

İyulun 27-də ABŞ-ın Respublikaçı və Demokrat partiyalarının keçmiş üzvləri ölkədə üçüncü siyasi partiyanın yaradıldığını elan ediblər. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni partiya üç siyasi qüvvənin birləşməsi ilə formalaşacaq: “Amerikaya xidmət et” təşkilatı, “Amerikanı Yenilə” hərəkatı və Demokratlar Partiyasından prezidentliyə keçmiş namizəd Endryu Yanqın yaratdığı “İrəli Partiyası” (Forward Party) Partiyası. 

Endryu Yanqla birlikdə Nyu Cersi ştatının keçmiş respublikaçı qubernatoru Kristin Uitman partiyanın həmsədri olacaq.

 “İrəli” (Forward) adlandırılacaq yeni partiya funksionerləri bu addımı ABŞ-ın qeyri-funksional ikipartiyalı sistemdən məyus olan milyonlarla seçiciyə müraciət edərək yaratdıqlarını bildiriblər.

Partiyanın həmsədrləri seçicilərin dəstəyini qazanmaq üçün bu payızda 20 şəhərdə bir sıra tədbirlər keçirməyi planlaşdırır. Rəsmi açılış sentyabrın 24-də Hyustonda baş tutacaq və partiyanın ilk qurultayı gələn ilin yayında keçiriləcək.

# 3843
avatar

Rəsul SARI

Oxşar yazılar