70 il 14 dövlətin padşahı olan atasının fəxri - ONU TANI
09 sentyabr 2022 15:46 (UTC +04:00)

70 il 14 dövlətin padşahı olan atasının fəxri - ONU TANI

O, dünya tarixində ən uzun müddət hakimiyyətdə olmuş şəxslərdən biridir. 

O, taxta oturanda Stalin hələ sovet dövlətinin başçısıydı. 
Vladimir Putin isə hələ anadan olmamışdı. 

O, ömrü boyu müxtəlif titullar daşıyıb; Kral nəvəsi, kral qızı, hersoq Filipin həyat yoldaşı və kraliça. Sadə dildə isə  o, Kraliça və Ülyahəzrət adlandırılır.

O, Kanadada Kanada, Avstraliyada Avstraliya kraliçası  adlanır. Normand və Men adalarında o, Normandiya hersoqu və Allah adamı titulunu daşıyır. 

Onu həmçinin Fidei Defensor (Əqidə müdafiəçisi) və Lankaster hersoqu da adlandırırlar. 

Söhbət zamanı ona əvvəlcə “Ülyahəzrət”, sonra isə “xanım” deyə müraciət edirlər. 

 

O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və ora daxil olan 14 dövlətin (Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Süleyman adaları, Tuvalu, Yamayka) başçısı sayılırdı. 
Və o, artıq dünyada yoxdur. Böyük, uzun bir dövr qapandı. Kraliça öldü, yaşasın yeni kral!

Yelizaveta kral VI Georqun ilk övladı idi. O, 21 aprel 1926-cı ildə Londonda, babası kral V Georqun 17 Bruton-strit ünvanında yerləşən evində anadan olub. Kraliçanın özündən 4 yaş kiçik Marqaret adlı bacısı vardı, Uşaqlıqda Yelizavetanı Lilibet deyə çağırıblar. Kral VI Georq qızları haqqında danışarkən, “Lilibet fəxrim, Marqaret isə sevincimdir” deyirmiş. 

13 yaşında Yunanıstan və Danimarka şahzadəsi, Dortmut hərbi-dəniz məktəbinin kadeti Filip Mauntbettenlə tanış olur. Onlar 1947-ci ildə ailə həyatı qurur, Filipp Mauntbetten Edinburq hersoqu titulunu alır. Cütlüyün dörd övladı olub: şahzadələr Çarlz, Anna, Endrü və Eduard. 

1936-cı ildə onun babası V Georq vəfat edir və əmisi VIII Eduard kral elan olunur. Yelizaveta kişi vəliəhd olmadığından atasından sonra ikinci vəliəhd sayılırdı. Amma həmin il əmisi aristokrat nəslindən olmayan və boşanmış hersoqinya Uollis Simpsonla ailə qurmaq istədiyinə görə, ölkədə Konstitusiya böhranı baş verir. Hökumətin və anqlikan kilsəsinin təkidli mövqeyindən sonra əmisi evliliyə, yəni sevgiyə üstünlük verərək taxt-tacdan imtina edir. Yelizavetatin atası kral elan olunur, onun özü isə vəliəhd olaraq Ülyahəzrət Şahzadə titulu alır. Və nəhayət ,6 fevral 1952-ci ildə atası Kral VI Corcun ölümü ilə 25 yaşında taxta keçən Kraliça II Yelizaveta düz 70 il 7 ay hakimiyyətdə qalır. Yeri gəlmişkən, dünənə dünyasını dəyişənədək o,  dünyanın ən yaşlı hökmdarı, rəhbəriydi.

Onun hökmranlığı dövründə Uinston Çörçilldən başlayaraq 15 baş nazir dəyişib. Tarixdə ilk dəfə məhz kraliça II Yelizavetanın tacqoyma mərasimi televiziya ilə canlı yayımlanıb. 24 mart 1953-cü ildə Vestminster abbatlığında keçirilən mərasimi 20 milyon insan izləyib. Ona dünyanın ən qabaqcıl modelyerləri təmənnasız olaraq, geyimlər tikirdilər. Həmin şəxslərin mükafatı isə “Britaniya imperiyasının cəngavəri” ali ordeni olur. 
Deyilənə görə, kraliçanın nə yediyini bilmək o qədər də asan deyil: sarayda işləyən aşpaz və qulluqçular heç zaman müsahibələr vermirlər. Amma keçmiş kral aşpazı Darren Makqrad mətbuata açıqlamasında jurnalistlərə kraliçanın pörtlədilmiş yumurta, mürəbbəli qızardılmış çörək və südlü çay kimi sadə səhər yeməyi yediyini söyləyib. 

Hökmdar olmasına baxmayaraq mütərəqqi görüşə sahib idi. Özü ilə bağlı karikatura və rəsmləri çox sevir və uğurlu alınanlara ürəkdən gülürdü. O, ironiya və özünə istehzaya pis baxmır, ağıllı və yaxşı zarafatları bəyənirdi. 

Əlahəzrətin ən sevimli məşğuliyyətlərindən biri at minmək olub. Kraliça bunu gözəl bacarırdı. O, atları ürəkdən sevir və hələ də başına jokey dəbilqəsi əvəzinə ləçək ataraq atlarla gəzintilərə çıxırdı. 

Bu ilin mayında Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Ülyahəzrət Kraliçaya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunmuşdu. 

Onun varidatı uzun müddət müzakirə mövzusu olub. “Forbes” jurnalı bir vaxt onun varidatını təqribən 450 milyon ABŞ dolları həcmində qiymətləndirmişdi. Amma bu rəqəmin xeyli şişirdildiyi deyilir. 

Kraliça II Yelizaveta dünyada yeganə şəxs idi ki,  pasportu olmadan səyahət edə bilirdi. O, həmçinin İngiltərədə sürücülük vəsiqəsiz idarəetmə hüququna malik  olub. İnanılmaz dərəcədə heyvansevər idi. Heyvanlara olan sevgisi ilə məşhurlaşan kraliçaya Kamerundan olan Jumbo adlı 7 yaşlı fil və iki nəhəng tısbağa göndərilmişdi. O, 30 it cinsinə sahib idi. 

Deyilənə görə, onun dəfn mərasiminə qədər heç bir komediya və əyləncəli verilişlər yayımlamayacaq. Radiolarda şən musiqilər ifa edilməyəcək. Onun dəfn günü qeyri-iş günü olacaq, Zarafat deyil, 14 ölkənin başçısı ölüb.

Kraliça at üstündə Kraliça Elizabeth

Kraliça və Şahzadə MargaretKraliça və and Althea GibsonKraliça 1959-cu ildə FA kubokunu Nottingham Forestin kapitanı Jack Burkitt-ə təqdim edir.Kraliça 1966-cı ildə Dünya Kubokunu Bobby Moore-a təqdim edir.Kraliça və Virginia WadeKraliça və Jurgen KlinsmannKraliça David Beckham and Kirsty Howard-la birlikdəKraliça Guildford Flames and Aquacity Poprad arasında Slovakiyada keçirilən buz xokkeyi matçında şaybanı yerə buraxır.Kraliça 2012-ci ilin Olimpiya oyunlarındaKraliça Tanni Grey-Thompson-laKraliça çapar Ryan MooreKraliça 2013-cü il Qızıl Kubokunun qalibi Estimate-i tumarlayırKraliça Bryan Habana and Henry Speight Kraliça Reqbi üzrə Dünya Kuboku ərəfəsində görüşdəThe Queen and Ryan MooreKraliça və ikiqat olimpiya çempionu Nicola AdamsKraliça 2017 Royal Ascot-da

Kraliça Royal Ascot-da iştirak etməyə davam etdi və 2021-ci ilin iyun ayında Berkshire-dəki fəaliyyətdən həzz almaq üçün qayıtdı.

In October, the Queen started a global relay of the Commonwealth Games baton ahead of the event in Birmingham in 2022. She passed it to Paralympic gold medallist Kadeena Cox who carried it on the first leg of its journey.

# 15774
avatar

Səbuhi Sədəf

Oxşar yazılar