200-dən çox azərbaycanlı Türkiyənin zəlzələ bölgəsindən təxliyə edildi - RƏSMİ
08 fevral 2023 09:22 (UTC +04:00)

200-dən çox azərbaycanlı Türkiyənin zəlzələ bölgəsindən təxliyə edildi - RƏSMİ

“Dünəndən etibarən təxminən 201 nəfər vətəndaşımız təxliyə olunub”.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

XİN sözçüsü bildirib ki, onların arasında 3-4 nəfər Türkiyə Respublikasının vətəndaşları da var: “Onlar da təxliyə olunublar. Təxliyə prosesi davam edir. Avtobuslar hazırda yoldadır və Gürcüstan sərhədinə yollanırlar”.

# 2637
avatar

Oxşar yazılar