Qənirə Paşayeva “TRT”-də Qarabağ münaqişəsindən danışıb
04 iyul 2011 10:36 (UTC +04:00)

Qənirə Paşayeva “TRT”-də Qarabağ münaqişəsindən danışıb

0
Lent.az-ın verdiyi məlumata görə, Qənirə Paşayeva bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentləri arasında Kazanda keçirilmiş görüşə və həmin görüşün nəticəsiz qalmasına münasibət bildirib.

O, Rusiya prezidentinin iştirakı ilə keçirilən Kazan görüşünün nəticəsiz qalmasını Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe ilə izah edib. Qənirə Paşayevanın fikrincə, bu görüş bir daha göstərib ki, ərazisinin 20%-i erməni işğalı altında olan, 1 milyondan artıq qaçqın və məcburi köçkünə malik Azərbaycanın münaqişəni sülh yolu ilə həll etməyə çalışmasından fərqli olaraq, Ermənistan tərəfi münaqişənin həlli istiqamətində hər hansı bir addımın atılmasında maraqlı deyil, əksinə bu münaqişənin həllinin yubadılmasına çalışır. Digər tərəfdən, münaqişənin həllində 18 ildən artıq bir müddət ərzində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana qarşı heç bir təzyiq göstərməməsi də bu münaqişənin həllinə mənfi təsir göstərir.


Qənirə Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı da məlumat verib. O, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 18 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsindən də söz açıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 600

Oxşar yazılar