ABŞ senatoru erməni diasporunu məhkəməyə verəcək
30 aprel 2009 15:00 (UTC +04:00)

ABŞ senatoru erməni diasporunu məhkəməyə verəcək

ABŞ Senatının Nümayəndələr Palatasının üzvü Ceyn Şmit erməni diasporu haqqında məhkəmə iddiası qaldırmağa hazırlaşır.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ohayo ştatının qondarma “soyqırımı” tanımadığı üçün ermənilərin əsassız ittihamları ilə üzləşməsi senatoru narahat edib. Ötən il noyabrın 4-də Nümayəndələr Palatasına üzv seçilən Şmitin seçkidə rəqibi olan erməni əsilli David Krikoryanın əsassız ittihamlarına tuş gəlib. Erməni rəqibi onun qondarma “soyqırımı”nın inkarı üçün türklərdən rüşvət aldığını deyib.
O, böhtana məruz qaldığı üçün məhkəməyə müraciət etməyə qərar verib. Şmit 1915-ci il hadisələrinin soyqırımı olmadığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1115

Oxşar yazılar