İKT dövlətlərinin hüquq mühafizə orqanları rəhbərlərinin Bakı Bəyannaməsi – TAM MƏTN
İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin hüquq mühafizə orqanları rəhbərlərinin Azərbaycan paytaxtında keçirilən iki günlük konfransının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub.
APA-nın məlumatına görə, Bəyannamədə qeyd olunur ki, hüquq mühafizə orqanlarının rəhbərləri BMT və İKT-nin nizamnamələrinə və beynəlxalq hüququn prinsiplərinə hörmət ifadə edərək, İKT-yə üzv olan dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmək etmək, onları qorumaq və müdafiə etməkdə qərarlı olduqlarını bildirərək, sülh və dözümlülük, bəşəriyyətə və bütün varlıqlara hörmət dəyərlərini əks etdirən əqidələrinin ali məramlarına sadiqliklərini bir daha təsdiqləyərək,
rifah və inkişafa nail olmaq məqsədilə cinayət probleminə qarşı mübarizə aparılmasında İKT-yə üzv olan dövlətlər arasında sıx əlaqələndirmə və əməkdaşlığın vacibliyini vurğulayaraq və müvafiq olaraq yeni əməkdaşlıq metod və vasitələrdən istifadə edilməsinin zəruriliyini tanıyaraq,
müxtəlif din və mədəniyyətlərin əsassız olaraq hədəfə alınmasına yol verilməməsinin beynəlxalq cinayətkarlıqla, xüsusilə terrorçuluqla mübarizə aparılması üçün ən vacib elementlər arasında olan beynəlxalq əməkdaşlığa töhfə verəcəyini vurğulayaraq və heç bir terror aktına hər hansı bir şəraitdə bəraət qazandırılmasının qeyri-mümkün olduğunu bir daha təsdiq edərək,
dövlətlərin terrorçuluqla mübarizə məqsədi ilə gördükləri bütün tədbirlərin onların beynəlxalq hüquq üzrə götürdükləri öhdəliklərə uyğun olmasını və belə tədbirlərin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa, xüsusilə də beynəlxalq insan hüquqlarına, qaçqınların hüququna və humanitar hüquqa uyğun şəkildə qəbul edilməsinin əhəmiyyətini vurğulayaraq, cinayətlərin qarşısının alınması və cinayət ədliyyəsi sahəsində İKT-yə üzv olan dövlətlərin üzləşdiyi təhdidlərin daha səmərəli şəkildə aradan qaldırılması üçün hüquq mühafizə orqanları arasında əməkdaşlığın təşviqi və dərinləşdirilməsinin zəruri olduğunu qeyd edərək,
İKT-yə üzv olan dövlətlərin hüquq mühafizə orqanlarının qlobal xarakterli ağır cinayətlərə qarşı birgə fəaliyyətinin daha da gücləndirilməsi məqsədi ilə müvafiq metod və vasitələrin hazırlanmasının vacibliyini hamılıqla dərk edərək, transmilli cinayətlərin bütün formalarının, xüsusilə mütəşəkkil cinayətkarlığın qarşısının alınması və səmərəli təhqiqatının aparılması məqsədilə cinayət ədliyyəsi və hüquq mühafizə orqanlarının regional və sub-regional əməkdaşlığı üçün zəruri infrastrukturun yaradılması niyyətində olaraq, beynəlxalq terrorçuluğun, ekstremizmin bütün forma və təzahürlərinin, təcavüzkar separatizmin, silahların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, insan alverinin, qanunsuz miqrasiyanın, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasını, terrorçuluğun maliyyələşdirilməsini, korrupsiyanın dərin təsiredici xarakterini nəzərə alaraq, transmilli cinayətlərin, o cümlədən nəzarətsiz ərazilərdə cinayət və təhdidlərin mövcudluğunun beynəlxalq təhlükəsizlik və sabitliyə təhlükə törətdiyini vurğulayaraq,
15-17 mat 2006-cı ildə İran İslam Respublikasının İsfahan şəhərində keçirilən İKT-yə üzv olan dövlətlərin polis orqanlarının rəhbərlərinin birinci konfransının nəticələrini qeyd edərək, bu cür cinayətlərə qarşı mübarizədə qarşılıqlı razılaşdırılmış siyasətin aparılmasının əhəmiyyətini təsdiq edərək aşağıdakıları bəyan edirlər:
- Transmilli və mütəşəkkil cinayətlərlə bağlı təhdid və çağırışlarla mübarizədə mövqeyimizin gücləndirilməsi və birləşdirilməsinin zəruriliyini bir daha təsdiq edirik;
- Cinayətkarlığın bütün növlərinə, o cümlədən terrorçuluq, silahların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya, kiber cinayətkarlıq, cinayət yolu ilə əldə olunmuş pul və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, korrupsiya ilə mübarizədə bütün əlaqələndirilmiş tədbirlərin səmərəli implementasiya üsullarının araşdırılması üzrə konkret addımların atılmasında qərarlı olduğumuzu vurğulayırıq;
- Ekstremizmə və təcavüzkar separatizmə qarşı birgə mübarizə metodlarının araşdırılmasının və müvafiq mexanizmlərin tətbiqinin zəruri olduğunu bildiririk;
- Separatçı rejimlərə və qruplara qarşı mübarizə və İKT-yə üzv olan dövlətlərin fiziki və hüquqi şəxslərinin onlarla hər hansı əlaqəsinin qarşısının alınmasına yönəlmiş iradəmizin olmasını bir daha təsdiq edirik;
- Cinayətkarların ideologiyası və etnik mənsubiyyətindən, habelə cinayətlərin forma və təzahürlərindən asılı olmayaraq, bütün terror aktlarını İslamın qətiyyətlə rədd etdiyini səmərəli öyrədən və işıqlandıran üsul və vasitələrin işlənib hazırlanmasını vacib hesab edir, terrorçuluğun əsas səbəblərinin müəyyən edilməsi və onların aradan qaldırılması üzrə tədbirlərin işlənib hazırlanmasının vacib olduğunu bildiririk;
- Sərhəd və gömrük nəzarəti sahəsində, eləcə də beynəlxalq terrorçuluq, silahların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya, kiber cinayətkarlıq, cinayət yolu ilə əldə olunan pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, korrupsiya, transmilli cinayətlərin digər növləri, işğal olunmuş və nəzarətsiz ərazilərdə beynəlxalq təhlükəsizlik və sabitliyə təhlükə törədən çağırışlara və cinayətlərə qarşı mübarizə sahəsində İKT-yə üz olan dövlətlər arasında əlaqələndirilmiş strategiyaların təşviqinin təxirə salınmadan təmin edilməsinin məxsusi rolunu vurğulayırıq;
- İKT-yə üzv olan dövlətlərin hüquq mühafizə orqanları arasında müxtəlif formalarda birbaşa əlaqələrin, o cümlədən texniki yardım, qabaqcıl təcrübə mübadiləsi, hüquq mühafizə orqanlarının fəaliyyətinə dair qanunvericilik sahəsində tədqiqatlar üzrə əməkdaşlığın təşviq edilməsini zəruri hesab edirik;
- Hüquq və mühafizə orqanları arasında əlaqələndirmə və əməkdaşlığın təşviqi, qabaqcıl təcrübənin, əməliyyat təcrübələrinin, xüsusi nəşrlərin və qanunvericilik aktlarının mübadiləsi üzrə səmərəli sistemlərin yaradılmasını bəyənirik;
- Hüquq mühafizə fəaliyyətinin bütün aspektləri üzrə İKT-yə üzv olan dövlətlər arasında tədris-təlim tədbirlərinin və seminarların təşkil olunmasını, proqram mübadiləsinin həyata keçirilməsini alqışlayırıq;
- İKT-ə üzv olan dövlətlər arasında qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində əməkdaşlıq mexanizminin hazırlanması üzrə fikir mübadiləsinin aparılmasının və bu sahədə müvafiq sənədlərin tərtibinin əhəmiyyətini bir daha vurğulayırıq;
- Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və qarşılıqlı hüquqi yardım sahəsində İKT ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğumuz bildiririk;
- İKT-yə üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransına hazırlıq məqsədilə 22-23 oktyabr 2007-ci il tarixlərində Bakı şəhərində keçirilmiş ekspert görüşündə irəli sürülmüş təklif və tövsiyələri bəyənərək, İKT-yə üzv dövlətlərin hüquq mühafizə orqanları rəhbərləri konfransının iki ildə bir dəfə keçiriləcəyini, üzv dövlətlərdən hər hansı birinin müraciət etdiyi və bu müraciətin üzv dövlətlərin 2/3 səs çoxluğu ilə dəstəkləndiyi təqdirdə isə konfransın fövqəladə sessiyalarının çağırılacağını qeyd edirik;
- Konfransın gündəliyinin dəqiqləşdirilməsi və orada müzakirə ediləcək məsələlərin siyahısının hazırlanması məqsədilə İKT-yə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin hər növbəti konfransından əvvəl müvafiq ekspert görüşünün keçiriləcəyini bəyənirik;
- İKT-yə üzv olan dövlətlərin hüquq mühafizə orqanları rəhbərlərinin ikinci konfransının keçiriləcəyi yer və dəqiq tarix İKT-nin baş katibliyi tərəfindən üzv dövlətlərlə razılaşdırılacaq və bu barədə üzv dövlətlərə məlumat veriləcək.
İştirakçılar İKT-yə üzv olan dövlətlərin hüquq mühafizə orqanları rəhbərlərinin konfransının Bakıda yüksək səviyyədə təşkili və keçirilməsinə, eləcə də səmimi qonaqpərvərliyə görə Azərbaycan hökuməti və xalqına öz təşəkkürlərini bildirib, hazırkı çərçivədə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə başlanılmasını təqdirəlayiq hesab ediblər.

794