
Dmitri Medvedyev: “Münaqişənin nizamlanmasına dair təmasların intensivliyi azaldılmamalıdır”
APA-nın “İTAR-TASS”a istinadən yaydığı məlumata görə, Dmitri Medvedyev bu fikirləri Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra keçirilən mətbuat konfransında söyləyib. O, son dövrlər Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlərin mütəmadi xarakter aldığını vurğulayıb: “Bu təmasların intensivliyi aşağı düşməməlidir. Rusiya Minsk Qrupu çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə hazırdır. Biz, həmçinin qonşu dövlət kimi mənəvi öhdəliklərimizi də yerinə yetirməyə hazırıq. Mən bu cür əlaqələri davam etdirməyə və gündəlikdə qalan ən mürəkkəb məsələləri müzakirə etməyə hazıram”.
Azərbaycan prezidenti İlham Əliyev vasitəçilik missiyasına görə rusiyalı həmkarına təşəkkür edib: “Əminəm ki, Rusiya prezidentinin iştirakı pozitiv rol oynayır və onun iştirakı ilə keçirilən daha effektli olur”.
Azərbaycan prezidenti İlham Əliyev vasitəçilik missiyasına görə rusiyalı həmkarına təşəkkür edib: “Əminəm ki, Rusiya prezidentinin iştirakı pozitiv rol oynayır və onun iştirakı ilə keçirilən daha effektli olur”.
Oxşar yazılar

Süni intellekt Putinin ölüm ilini PROQNOZLAŞDIRDI
19 iyul 2025 , 22:49
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - İlham Əliyev
19 iyul 2025 , 20:25
III Şuşa Qlobal Media Forumu keçirilir - VİDEO - YENİLƏNİB
19 iyul 2025 , 19:45
İlham Əliyevdən Ukrayna xalqına məsləhət: "Təslim olmayın"
19 iyul 2025 , 18:15
Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57